RU

Umayra Tağıyeva: Ölkəmizdə daşqın hadisələri 18 dəfə, quraqlıq hadisələri isə 6 dəfə çoxalıb

BAKI, 20 may. TELEQRAF

Azərbaycanın İlkin Milli Adaptasiya Planında əks olunan həssaslıq indeksinin qiymətləndirilməsinə görə, son 10 ildə ölkəmizdə daşqın hadisələri 18 dəfədən çox artıb, quraqlıq hadisələri isə 6 dəfə çoxalıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva WUF13 çərçivəsində keçirilən tədbirdə çıxışında deyib.

O qeyd edib ki, ölkəyə daxil olan suyun həcmi 30 faiz azalıb:

“Xəzər dənizinin səviyyəsinin enməsi isə digər mürəkkəb çağırışdır. Təəssüf ki, bu ekoloji böhran hələ də layiq olduğu qlobal diqqəti görməyib.

Biz bu yeni reallıqlara cavab verməli və onlara uyğunlaşmalıyıq. Biz anlayırıq ki, iqlim təhlükələri ilə bağlı vaxtında və əlçatan erkən xəbərdarlıq sistemləri insan itkilərini əhəmiyyətli dərəcədə azalda, infrastruktura dəyən zərərin və ekoloji fəlakətlərin qarşısını ala bilər. Bunun üçün bütün ölkələrin innovativ texnologiyalara çıxışı təmin edilməlidir.

Burada texnoloji seçimlərimiz də mühüm rol oynayır. Bəzi hallarda sadə, təbiət əsaslı həllər böyük maliyyə resursları tələb edən iri mühəndislik layihələrindən daha effektiv nəticə verə bilər”.

Избранный
24
1
teleqraf.com

2Источники