RU

Selena Gomez "+18" filmdə oynayacaq

Selena Gomez "+18" filmdə oynayacaqSelena Gomezın rejissor Brady Corbetin yeni "+18" film layihəsində rol alacağı iddiası maqazin gündəmini qarışdırıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, məşhur ulduz "The Origin of the World" adlı filmdə rol alacaq. Təxminən 4 saat davam edəcəyi bildirilən ekran işinin 1970-ci illər atmosferində keçəcəyi və cəsarətli səhnələri ilə diqqət çəkəcəyi deyilir.

Variety-nin məlumatına əsasən, layihənin ssenarisi təxminən 200 səhifədən ibarətdir. Filmdə Cate Blanchett və Michael Fassbender kimi Hollivud ulduzlarının da yer ala biləcəyi iddia olunur. Rəsmi aktyor heyəti isə hələ açıqlanmayıb.

Məlumatlara görə, Selena Gomezin sosial şəbəkədə layihə ilə bağlı paylaşım etməsi də xəbərləri gücləndirib.

Xarici mətbuat bu layihənin Gomezin karyerasındakı ən cəsarətli işlərdən biri ola biləcəyini yazır. Daha əvvəl verdiyi müsahibələrdə uşaq yaşlarında məşhur olmağın təzyiqlərindən danışan sənətçi, artıq özünü daha sərbəst ifadə etmək istədiyini bildirmişdi.

Избранный
26
sonxeber.az

1Источники