RU

ATF-in iki nümayəndəsi ETU komitələrində vəzifəyə təyin edildi

Avropa Taekvondo Birliyinin  (ETU) müxtəlif komitələrinə seçimlərin nəticələri elan olunub.

Apasport.az xəbər verir ki, qurumun prezidenti Sakis Praqalos tərəfindən Azərbaycan Taekvondo Federasiyasının Baş katibi Aygül Abdullayeva Hakimlər Komitəsinin üzvü, ATF-in mətbuat katibi Aysel Sultanova isə Media Komitəsinin vitse-sədri (Vice-Chair) təyin olunub.

ATF tərəfindən namizədliyi irəli sürülən hər iki nümayəndənin ETU komitələrində yer alması Azərbaycan taekvondosuna göstərilən etimadın göstəricisidir.

Təyinatlar ETU-nun 2027-ci ildə keçiriləcək Baş Assambleyasının iclasınadək qüvvədə olacaq.

Parataekvondoçularımız Münhendə Avropa çempionatında

9 taekvondoçumuz Avropa çempionatında çıxış edəcək

Gürcüstanda Azərbaycan uğuru: Taekvondoçularımızdan 4 medal

Taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək

Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək

Избранный
20
7
apasport.az

10Источники