RU

Nepallı QHT rəhbəri: Azərbaycanla hər zaman tərəfdaşlığa açığıq

“Qlobal Cənub QHT Platforması”nda (Global South NGO Platform) ötən il də iştirak etmişdim, bu il də iştirak edirəm. Biz tərəfdaşlıq barədə danışarkən dedik ki, gəlin Cənub-Cənub əməkdaşlığı formatında nəsə edək. Məhz buna görə təklif irəli sürdüm ki, Bakıdan bir qrup insan Nepala gəlib kəndlərdə qala, yerli icmalardan öyrənə bilər.

Bunu APA-ya açıqlamasında Nepalın “Dayanıqlı İnkişaf üzrə Tərəfdaşlıq” təşkilatının icraçı direktoru Vishnu Bhatter deyib.

“Eyni zamanda, siz də öz təcrübənizi onlarla paylaşa bilərsiniz. Bəlkə onlar da sizin təcrübənizdən faydalanar. Beləliklə, böyük maliyyə vəsaitlərinə ehtiyac olmadan təcrübə və yaxşı praktikaları paylaşa bilərik”, - o əlavə edib.

Nepallı QHT rəhbəri vurğulayıb ki, bir-birimizdən öyrənə, mədəniyyətləri tanıya bilərik: “Bununla kəndlərdə yaşayan insanları daha yaxşı iş görməyə motivasiya edə bilərik”.

O, Azərbaycanla mümkün tərəfdaşlıq istiqamətlərinə də toxunub: “Biz həmişə Azərbaycan hökuməti ilə tərəfdaşlığa açığıq. Əgər əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində edə biləcəyimiz hər hansı iş varsa, Nepal tərəfdən buna rəhbərlik etməyə hazırıq. Biz istənilən növ tərəfdaşlığa açığıq. Bu tədqiqat layihəsi ola bilər, kiçikmiqyaslı layihə ola bilər, hər iki ölkədə həyata keçirilə biləcək təşəbbüs ola bilər. Eyni zamanda gənclər mübadiləsi də təşkil edə bilərik. Beləliklə, könüllülük fəaliyyəti təşviq olunar, gənclər vaxtlarının bir hissəsini könüllü fəaliyyətə ayırmağın vacibliyini anlayarlar. Bu yolla onlar müxtəlif mədəniyyətlərdən, fərqli insanlardan, müxtəlif iş mühitlərindən təcrübə qazanacaqlar”.

Избранный
16
apa.az

1Источники