RU

Korkut Oran: Qarabağda genişmiqyaslı bərpa işləri təqdirəlayiqdir

Bakı, 20 may, AZƏRTAC

Uzun illər davam edən işğaldan sonra azadlığına qovuşan Qarabağda aparılan genişmiqyaslı bərpa işləri təqdirəlayiqdir.

Bu barədə türkiyəli iş adamı və menecer, “Mertsav Savunma Sanayi Sistemleri” şirkətinin baş direktoru Korkut Oran AZƏRTAC-a müsahibəsində bildirib.

O, Azərbaycanın illərdir səfər etdiyi qardaş ölkə olduğunu qeyd edərək vurğulayıb ki, dünyada şəhərsalma sahəsində bu qədər sürətli inkişafa malik başqa bir ölkə görməyib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Bakının nailiyyətləri və Qarabağda genişmiqyaslı bərpa işləri, o cümlədən həm yerüstü, həm də yeraltı şəhər infrastrukturunun inkişafı xüsusilə təqdirəlayiqdir.

Türkiyəli iş adamı, həmçinin işğalın bitməsindən cəmi doqquz ay sonra Füzulidə hava limanının tikildiyini qeyd edərək, bu layihəni unikal və misilsiz adlandırıb.

Müsahibənin sonunda Korkut Oran bu cür təşəbbüslərin həyata keçirilməsinə görə Azərbaycana, Prezident İlham Əliyevə və təşkilatçılara minnətdarlığını bildirib.

Müxbir – Tamilla Məmmədova

Избранный
30
1
azertag.az

2Источники