RU

Tottenhem Barselona dan 60 milyon avro tələb edir

Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Tottenhem"in kapitanı Kristian Romero karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Barselona" argentinalı müdafiəçini transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

İngiltərə klubu 28 yaşlı futbolçu üçün 60 milyon avro təzminat tələb edir. "Barselona" isə təcrübəli mərkəz müdafiəçisi üçün tələb olunan məbləği aşağı salmağa çalışır.

Qeyd edək ki, "Tottenhem" Kristian Romeronu 2021-ci ilin yayında "Atalanta"dan transfer edib. Argentina millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
sportal.az

2Источники