Tanınmış aktyorun SON HALI: Məni burdan ÇIXARIN...
Ajans.az Türk mətbuatına istinadən xəbər verir ki, onun həyat yoldaşı Jülide Kural aktyorun səhhəti ilə bağlı açıqlama verib. Kural bildirib ki, İnanırın müalicəsi yaxşı gedir və aktyor tez-tez “Məni buradan çıxarın” deyir. 77 yaşlı sənətçinin evdə halı pisləşdikdən sonra xəstəxanaya aparıldığı, həkim müayinəsindən sonra isə ehtiyat məqsədilə reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib. Müayinələr zamanı ona sətəlcəm (pnevmoniya) diaqnozu qoyulub. Jülide Kural Hürriyet qəzetinə açıqlamasında deyib: “Müalicəsi yaxşı gedir. Gündə 2-3 dəfə yanına girib onunla danışıram. Kadir belə mühitləri sevmədiyi üçün ‘Məni buradan çıxarın’ deyir.” Aktyorun qardaşı oğlu Levent İnanır da onun vəziyyəti ilə bağlı məlumat verib. O bildirib ki, Kadir İnanırın səhhəti getdikcə yaxşılaşır. “İmmunitet sistemi zəiflədiyi üçün soyuqdəymə sətəlcəmə çevrildi,” – deyə Levent İnanır qeyd edib. O, sosial şəbəkələrdə yayılan bəzi məlumatların doğru olmadığını da vurğulayıb: “Sosial mediada deyilənlər kimi ağır vəziyyət yoxdur. O, sadəcə ehtiyat məqsədilə reanimasiyadadır.” Məlumata görə, Kadir İnanırın vəziyyəti stabildir və o, yaxınları ilə rahat şəkildə danışa bilir. Levent İnanır bildirib: “Vəziyyəti yaxşıdır, özü ilə danışa bilirik.”