RU

Çin Putini nümayişkaranə şəkildə Trampdan yüksək qarşıladı...



Abutalıb Səmədov: “Bununla da Çin lideri göstərmək istədi ki, Putin Çin üçün daha vacib, daha nüfuzlu və hörmətli qonaqdır”

Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə dövləti edib. Onu da bildirək ki, Rusiya Prezidentinin Çinə səfəri ABŞ Prezidenti Donald Trampın səfərindən 4 gün sonraya təsadüf edib. Maraqlıdır ki, Putin Çində Trampdan fərqli olaraq daha yüksək səviyyədə qarşılandı.

Putin Çində Trampdan niyə belə çox təntənəli qarşılandı? Si bununla nə mesaj verir?

“Alyans”SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, əslinə qalsa Trampla Putinin hava limanında qarşılanmasıda çox da ciddi fərq olmadı, hər ikisi də təntənə ilə qarşılandı, bayraqlar dalğalandırıldı, fəxri qarovul düzüldü: “Ancaq bununla belə onların qarşılanmasıda bir ciddi fərq oldu. Trampı Çin Xalq Respublikasının sədrinin müavini qarşıladı, Putini xarici işlər naziri qarşıladı. Əsas fərq də burdadır. Putini qarşılayan xarici işlər naziri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvüdür. Trampı qarşılayan Çin Xalq Respublikasının sədrinin müavinin isə partiya rəhbərliyində heç bir iştirakı yoxdur. Əsas fərq bundadır. Bununla da Çin lideri göstərmək istədi ki, Putin Çin üçün daha vacib, daha nüfuzlu və hörmətli qonaqdır. Yeri gəlmişkən, Trampı 2017-ci ildə də elə bu cür qarşılamışdılar. Burada da qeyri-adi bir şey yoxdur. Rusiya Çinin strateji tərəfdaşıdır. Müttəfiq deyilər. Çin ümumiyyətlə bu məsələlərdə çox ehtiyatlıdır və öz üzərinə kiminsə qarşısında hər hansı bir ciddi öhtəlik götürməyin tərəfdarı deyil. Xüsusən də hərbi məsələlərdə”.

A.Səmədovun sözlərinə görə, ancaq o da sirr deyil ki, Çin Ukrayna müharibəsində gizli şəkidə də olsa Rusiyaya ciddi dəstək verdi. Onun bildirdiyinə görə, baxmayaraq ki, ABŞ isə Çinin əsas ticarət tərəfdaşlarından biridir və xarici ticarət dövriyyəsi Amerika Birləşmiş Ştatları ilə Çin arasında 700 milyard dollar, Rusiya ilə təxminən 250 milyard dollar səviyyəsindədir. “Yəni xarici ticarət tərəfdaşı kimi ABŞ Çin üçün daha əhəmiyyətli sayılır. Buna baxmayaraq, nəzərə almaq lazımdır ki, Çin Amerikanın əsas rəqibi kimi milli təhlükəsizlik konsepsiyasında öz yerini alıb. Təbiidir ki Çin onu da yaddan çıxarmaq fikrində deyil. Bütövlükdə hesab edirəm ki, Putinin səfəri dostluq və əməkdaşlıq, mehriban qonşuluq haqqında müqavilənin 25 illiyinə həsr olunub, çox böyük sənədlər imzalanacaq, Çinə çox böyük nümayəndə heyəti gedib. ABŞ prezidentinin səfərinin nəticəsinin nə olacağı da əvvəlcədən məlum deyildi. Rusiya ilə çox şey artıq əvvəlcədən məlumdur. Qarşılanmada fərqin olması bir də görünür bununla bağlıdır. Məlumdur ki, Trampın səfərindən sonra ətraflı məlumat verilmədi, elə ciddi sənədlərin imzalandığını da söyləmək mümkün deyil. Bütövlükdə Rusiya Çin üçün son dərəcə mühüm əhəmiyyətə malik dövlətdir. Strateji tərəfdaşdılar. Şanxay Əməkdaşlıq Təşkilatında və BRİKS-də birgə fəaliyyət göstərirlər, münasibətləri günü - günündən yaxşılaşır. Açıq demək lazımdır ki, Çin də Rusiyanı deyil, daha çox ABŞ-ı özünün rəqibi sayır. Fərqlər görünür. Qarşılanmalardakı fərqlər də görünür bu məsələlərlə bağlıdır”-deyə A.Səmədov vurğualdı.

İradə SARIYEVA

Избранный
6
baki-xeber.com

1Источники