RU

Astanada Qızıl Orda sivilizasiyasına həsr olunmuş beynəlxalq simpozium keçirilir: Nadir arxiv sənədləri və artefaktlar ilk dəfə tək məkanda

BAKI,TurkicWorld

19 May 2026-cı il tarixində, UNESCO-nun himayəsi altında Astanada "Qızıl Orda Çöl Sivilizasiyasının Modeli Kimi: Tarix, Arxeologiya, Mədəniyyət və Kimlik" Beynəlxalq Simpoziumunun açılış mərasimi keçirilib. Simpozium çərçivəsində. Qızıl Orda tarixinə aid nadir arxeoloji artefaktları, əlyazmaları və beynəlxalq arxiv sənədlərini ilk dəfə vahid məkanda toplayan sərgi açılıb.

TurkicWorld xəbər verir ki,tədbirin rəsmi açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayev salamlama nitqi ilə çıxış edib. Tədbir iştirakçılarını və beynəlxalq təşkilatların nümayəndələrini salamlayan Qazaxıstanın Dövlət Başçısı, Qızıl Ordanın Şərqlə Qərbi birləşdirən böyük bir siyasi quruluş və danılmaz tarixi fakt olduğunu vurğulayaraq, bu irsin dərindən öyrənilməsinin aktuallığını heç vaxt itirməyəcəyini qeyd edib. Prezident, həmçinin Qazaxıstanın təşəbbüslərini dəstəklədiyinə görə UNESCO rəhbərliyinə minnətdarlığını bildirib.

Qazaxıstan Prezidenti həmçinin əminliyini bildirib ki, hazırkı unikal simpoziumun keçirilməsi ümumdünya tarixi-mədəni irsinin sistemli şəkildə öyrənilməsinə yeni təkan verəcək. Bu ali məqsədə çatmaqda iştirak edən alim və ekspertlərin mühüm töhfəsini xüsusi vurğulayıb.

Fəxri spikerlər arasında – UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru Lazar Elundu Assomo; Qırğız Respublikasının Dövlət katibi Arslan Koyçiyev; Tatarıstan Respublikasının mədəniyyət naziri İrada Ayupova; “La France s’engage” Fondunun prezidenti Odre Azule; Monqolustan Elmlər Akademiyasının prezidenti Demberel Sodnosambuu; Özbəkistan Respublikası Elmlər Akademiyasının prezidenti Şavkat Ayupov yer alıblar.

Simpozium çərçivəsində keçirilən “Qızıl Ordanın maddi-mənəvi mədəni irsi: artefaktlar, yazılı və şifahi mənbələr, İpək Yolu boyu qarşılıqlı əlaqələr” adlı ikinci hissəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova geniş məruzə ilə çıxış edib.

Professor Aktotı Raimkulova çıxışında Fondun Türk dünyasının zəngin mədəni irsinin qorunması, bərpası və beynəlxalq müstəvidə təbliği istiqamətində həyata keçirdiyi irimiqyaslı fəaliyyətlərə toxunub.

Xanım Aktotı Raimkulova son iki il ərzində Fond tərəfindən müasir rəqəmsallaşdırmadan tutmuş unikal elmi-tədqiqat layihələrinə, bərpa və sənədləşdirmə işlərindən akademik mübadilələrə qədər ümumilikdə 140-dan çox layihənin uğurla icra olunduğunu diqqətə çatdırıb.

Fondun prezidenti təşkilatın müasir dövrün çağırışlarına uyğun olaraq tarixi irsin qorunmasında qlobal trendləri, qabaqcıl texnoloji həlləri və rəqəmsal innovasiyaları tətbiq etdiyini, mədəni diplomatiyanın gücləndirilməsi istiqamətində fəaliyyətini tamamilə yeni müstəvidə davam etdirdiyini bəyan edib.

Simpozium və sərgi Qızıl Orda irsinin obyektiv və elmi metodologiyalarla yenidən qiymətləndirilməsi, həmçinin unikal arxiv materiallarının ilk dəfə qlobal arenaya çıxarılması baxımından mühüm platforma rolunu oynayıb.

Избранный
19
1
turkic.world

2Источники