RU

Abşeronda yeni cüdo zalı

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Abşeron rayonu Mehdiabad qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, bu münasibətlə keçirilən açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, idman direktoru Kamran Talıbov, gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Rüstəm Alimli və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyası tərəfindən zal müasir standartlara uyğun tatamilərlə təchiz edilib. Zalda paltardəyişmə otaqları və digər köməkçi sahələr mövcuddur. Burada 150-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait yaradılıb.

Qeyd edək ki, 2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 202 idman zalına ümumilikdə 14300 tatami paylanılıb.

Qabil YUSİFOĞLU 
XQ 

Избранный
3
6
xalqqazeti.az

8Источники