RU

İstanbulda müəmmalı ölüm: Meşədə tapılan qadınla bağlı həqiqət ortaya çıxdı

Türkiyənin İstanbul şəhərində gəzinti üçün Belqrad meşəsinə gedən və yoxa çıxan, günlər sonra sağ tapılan, lakin daha sonra xəstəxanada həyatını itirən 36 yaşlı memar Ece Gürelin ölüm səbəbi açıqlanıb.

Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, Ece Gürel-in ölümü ilə bağlı aparılan istintaq yekunlaşıb.

Məhkəmə-tibbi ekspertiza gənc memarın ölüm səbəbinin hipotermiya və buna bağlı yaranan kəskin böyrək çatışmazlığı olduğunu açıqlayıb.

Araşdırma zamanı Gürelin bədənində bəzi dərman maddələrinin izlərinə rast gəlinsə də, zəhərlənmə, zorakılıq və ya başqa şəxsin müdaxiləsinə dair heç bir sübut tapılmayıb. Ekspertiza hesabatında travmatik iz, xarici DNT və cinayət şübhəsi müəyyən edilmədiyi bildirilib.

Məlumata görə, Gürel Belqrad meşəsinə tək gedib və gəzinti zamanı istiqaməti itirib. Dörd gün davam edən axtarışlardan sonra o, ağır vəziyyətdə tapılıb və xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, meşəçilik fakültəsini bitirən qadın tələbəlik illərindən bölgəni yaxşı tanıyıb və daim bu meşədə gəzib, fotolar çəkib. Onun həyat yoldaşı ilə birlikdə meşədə bəzi səs rituallarına qatıldığı, rəqəmlərin sirri ilə maraqlandığı, stres atmaq məqsədilə meşədə "qışqırıq terapiyası" etdiyi də bildirilirdi. Eyni zamanda Ece Gürelin numerologiya, astrologiya, Tarot falı ilə də maraqlandığı, hətta "Instagram"da "Tarotun Ecesi" adlı hesabı olduğu da üzə çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
2
1
olaylar.az

2Источники