RU

Astanada Qızıl Orda simpoziumu: Nadir arxiv sənədləri və artefaktlar ilk dəfə bir məkanda

19 May 2026-cı il tarixində, UNESCO-nun himayəsi altında Astanada "Qızıl Orda Çöl Sivilizasiyasının Modeli Kimi: Tarix, Arxeologiya, Mədəniyyət və Kimlik" Beynəlxalq Simpoziumunun açılış mərasimi keçirilib. Simpozium çərçivəsində. Qızıl Orda tarixinə aid nadir arxeoloji artefaktları, əlyazmaları və beynəlxalq arxiv sənədlərini ilk dəfə vahid məkanda toplayan sərgi açılıb.

Publika.az xəbər verir ki, tədbirin rəsmi açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayev salamlama nitqi ilə çıxış edib. Tədbir iştirakçılarını və beynəlxalq təşkilatların nümayəndələrini salamlayan Qazaxıstanın Dövlət Başçısı, Qızıl Ordanın Şərqlə Qərbi birləşdirən böyük bir siyasi quruluş və danılmaz tarixi fakt olduğunu vurğulayaraq, bu irsin dərindən öyrənilməsinin aktuallığını heç vaxt itirməyəcəyini qeyd edib. Prezident, həmçinin Qazaxıstanın təşəbbüslərini dəstəklədiyinə görə UNESCO rəhbərliyinə minnətdarlığını bildirib.

Qazaxıstan Prezidenti həmçinin əminliyini bildirib ki, hazırkı unikal simpoziumun keçirilməsi ümumdünya tarixi-mədəni irsinin sistemli şəkildə öyrənilməsinə yeni təkan verəcək. Bu ali məqsədə çatmaqda iştirak edən alim və ekspertlərin mühüm töhfəsini xüsusi vurğulayıb.

Fəxri spikerlər arasında – UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru Lazar Elundu Assomo; Qırğız Respublikasının Dövlət katibi Arslan Koyçiyev; Tatarıstan Respublikasının mədəniyyət naziri İrada Ayupova; “La France s’engage” Fondunun prezidenti Odre Azule; Monqolustan Elmlər Akademiyasının prezidenti Demberel Sodnosambuu; Özbəkistan Respublikası Elmlər Akademiyasının prezidenti Şavkat Ayupov yer alıblar.

Simpozium çərçivəsində keçirilən “Qızıl Ordanın maddi-mənəvi mədəni irsi: artefaktlar, yazılı və şifahi mənbələr, İpək Yolu boyu qarşılıqlı əlaqələr” adlı ikinci hissəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova geniş məruzə ilə çıxış edib.

Избранный
1
1
publika.az

2Источники