RU

Dövlət Komitəsi: Azərbaycanın bərpa quruculuq sahəsində fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən xüsusi nəzarətdə saxlanılır

Hazırda önəmli olan məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və şəhərsalma konsepsiyasının müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirilməsidir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Burada Azərbaycanın bərpa quruculuq sahəsində fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən xüsusi nəzarətdə saxlanılır. Azərbaycanın bu uğurları post-münaqişə dövründə və ya münaqişə şəraitində olan ölkələr üçün önəmlidir. Çünki Azərbaycanda bu istiqamətdə həyata keçirilən fəaliyyətlər olduqca sistemlidir. Miqrasiya prosesləri zamanı insanların adekvat şəraitlə təmin olunması prioritetdir”.

Избранный
32
2
apa.az

3Источники