RU

Bakı Tbilisi qatarında plaskart vaqon yoxdur

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişinlərə Komfort, Komfort+ və Lüks sinifləri üzrə xidmət təqdim olunacaq.

Azpost.info bildirir ki, bu barədə ADY-dən açıqlama verilib.

Marşrutda İsveçrənin Stadler Rail Group şirkətinin istehsalı olan, yataq tipli vaqonlardan ibarət müasir qatarlar fəaliyyət göstərəcək.

Bu qatarlarda plaskart tipli vaqonlar yoxdur.

Bakı – Tbilisi – Bakı marşrutu üzrə gedişhaqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN-dir. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 AZN təşkil edir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
azpost.info

1Источники