RU

“Bakı Şəhərsalma Mükafatı”nın təsis olunduğu elan edilib

“Bakı

İlhamə

Müəllif

İlhamə Vəliqızı

UN-Habitat rəsmisi: Bakı bu qlobal mükafatın təqdim olunması üçün ən doğru məkandırÜmumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat – “Bakı Şəhərsalma Mükafatı” təsis edib.Ulusum.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13-dəki yeniliklərin, burada real həyat nümunələri ilə nümayiş etdirilən təcrübələr toplusunun, həmçinin yeni təsis edilən “Bakı Şəhərsalma Mükafatı”nın ümumi səylərin davam etdirilməsinə mühüm töhfə verəcəyini bildirib.WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Bakı Şəhərsalma Mükafatı”nın əksər hallarda bir-birindən ayrı şəkildə fəaliyyət göstərən üç mühüm amili əlaqələndirmək məqsədi daşıdığını bildirib: "Bura birincisi, təcrübə – merlərin və mütəxəssislərin artıq işləyib hazırladığı real həll yolları; ikincisi, bilik – bu həllərin effektivliyinə dair ciddi sənədləşdirmə və üçüncüsü, siyasət – qazanılmış təcrübənin hökumətlər, beynəlxalq qurumlar, eləcə də Qlobal Şəhərsalma Gündəliyi tərəfindən tətbiqi daxildir. Mükafatın hər bir mərhələsi sadəcə təltifetmə mərasimi ilə yekunlaşmayacaq, öyrənmə, potensialın gücləndirilməsi və təcrübənin yenidən tətbiqi üçün fəal dəstək mexanizmləri ilə davam etdiriləcək. Bu mükafat yalnız uğurlu həll yollarını təqdir etmək deyil, həm də onların miqyasını genişləndirmək məqsədi daşıyır".Tədbirə ünvanladığı videomüraciətində tanınmış britaniyalı memar Norman Foster şəhər merləri, yerli idarəetmə orqanlarının rəhbərləri və vətəndaş cəmiyyəti liderlərinin “Bakı Şəhərsalma Mükafatı”nın əsas fəlsəfəsini təşkil edən dayanıqlı şəhərsalma və mənzil təminatı vasitəsilə müsbət dəyişikliklərə imza ata biləcəklərini vurğulayıb. “Buna görə də “Bakı Şəhərsalma Mükafatı”nın münsiflər heyətinə üzv qismində dəvət olunmaqdan şərəf duyuram. Bu çox vacib tədbirə yüksək səviyyədə ev sahibliyi etdiklərinə görə BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) və Bakı Şəhər İcra Hakimiyyətinə dərin ehtiramımı bildirirəm”, - deyə Norman Foster əlavə edib.BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Xarici əlaqələr, strategiya, bilik və innovasiya departamentinin direktoru Edlam Yemeru bu təşəbbüsdə Azərbaycan hökuməti ilə əməkdaşlıq etməkdən böyük məmnunluq və şərəf duyduğunu bildirib: "Biz burada mənzil təminatı və şəhərsalma məsələlərini müzakirə edirik. Odur ki, bura sözügedən mükafatın təqdim olunması üçün ən doğru məkandır. Bu mükafat digər qlobal təşəbbüslərlə də bağlıdır”. O, bu təşəbbüsün WUF-un əsas prioritetlərindən birinə çevriləcəyinə ümidvar olduğunu bildirib. “Ümid edirik ki, bu platforma 2028-ci ildə Meksikada keçiriləcək növbəti WUF-un da ayrılmaz hissəsini təşkil edəcək”, - deyə Edlam Yemeru diqqətə çatdırıb.

Diqqət Çəkənlər

Novxanıda hoteldə güclü yanğın başlayıb FOTO

Türkiyə Bakı Koalisiyasını iqlim dialoqu üçün daimi platformaya çevirməyi müdafiə edir

Tailand turistlər üçün vizasız qalma müddətini azaldır

Избранный
30
8
ulusum.az

10Источники