RU

Qanalı təmsilçi: Biz öz hökumətimizi Azərbaycandakı kimi "ağıllı kənd" layihələrinin icrasına təşviq etmək istəyirik

Bakı, 20 may, AZƏRTAC

Azərbaycanda "ağıllı kənd" layihələri ilə bağlı gördüklərimiz digər ölkələrdə enerji keçidinin necə uğurla həyata keçirilə biləcəyinə dair həqiqətən də gözümüzü açdı. Biz öz hökumətimizi də vətəndaşlarımızın həyat səviyyəsini yüksəldəcək bu cür "ağıllı şəhər" və "ağıllı kənd" layihələri icra etməyə təşviq etmək istəyirik; çünki ölkəmizdə hələ də elektrik enerjisi olmayan çoxlu sayda yerli icma var. Bu icmaların inkişafını təmin etmək hazırda ən mühüm hədəfimizdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Qanadan olan iştirakçısı Porşia İdomen-Sanyam deyib.

Onun sözlərinə görə, Azərbaycandakı təcrübə onlara alternativ enerji mənbələrinin müasir yaşayış infrastrukturuna inteqrasiyasının həm enerji səmərəliliyinin artırılması, həm də yoxsulluğun azaldılması baxımından mühüm əhəmiyyət daşıdığını anlamağa imkan verib.

"Biz həmçinin fərqinə vardıq ki, proses sadəcə insanlara günəş panelləri paylamaqla bitmir; layihəyə sakinlərin rahatlığını maksimum təmin edəcək müasir binaların inşasını daxil etmək və alternativ enerji mənbələrini bu infrastruktura birbaşa inteqrasiya etdirmək lazımdır. Onu da anladıq ki, günəş enerjisi sistemi elə bir effektivliklə qurula bilər ki, insanlar öz ehtiyaclarını qarşıladıqdan sonra yaranan artıq enerjini digər icmalara da ötürə bilsinlər. Şübhəsiz ki, bu yanaşma əhalimizə dəstək olmaq və yoxsulluğu aradan qaldırmaq üçün çox uğurlu bir yoldur", - deyə Qana təmsilçisi qeyd edib.

Избранный
28
1
azertag.az

2Источники