RU

Xayme Xovane: Su ehtiyatlarının idarə olunması üzrə beynəlxalq əməkdaşlıq və ədalətli məsuliyyət bölgüsü zəruridir

Bakı, 20 may, AZƏRTAC

Region fərqindən asılı olmayaraq bütün ölkələr su ehtiyatlarının idarə olunması və şəhərsalma sahəsində oxşar çağırışlarla üzləşirlər.

AZƏRTAC xəbər verir ki, bunu Panama Mənzil və Ərazi Planlaşdırılması naziri Xayme Xovane Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Su mərkəzli ərazi inkişafı üzrə Azərbaycan, Kolumbiya və Latın Amerikası təcrübəsi" adlı müzakirələrdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dövlətlər keçmiş dövrlərdə bu məsələləri necə idarə etdiklərini səmimi şəkildə təhlil etməli və mövcud təcrübələrdən düzgün nəticələr çıxarmalıdırlar.

“Panamanın əsas iqtisadi fəaliyyət istiqamətlərindən biri su resurslarının idarə olunması və Panama kanalının tranzit funksiyasının təmin edilməsidir. Su ehtiyatları coğrafi sərhədləri aşdığı üçün bu sahədə məsuliyyətin bölüşdürülməsi və beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Suya çıxış fundamental insan hüququ kimi qiymətləndirilməlidir. Ölkə əhalisinin təxminən 50 faizinin paytaxtda cəmləşməsi bir sıra infrastruktur və resurs problemləri yaradır”, - deyə Xayme Xovane qeyd edib.

Çıxış zamanı həmçinin şoranlaşma problemi və onun su resurslarına təsiri məsələlərinə də toxunulub.

Müxbir-Vüqar Qurbanoğlu, Aydan Həsənli
Fotoqraf-Aydın Oqtayoğlu
Operator-Ələkbər Baxşıyev
Избранный
16
1
azertag.az

2Источники