RU

DMX rəisindən açıqlama: “Miqrasiya ən çox şəhərlərdə təzahür edir”

Bugünkü müzakirələr BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən Beynəlxalq Miqrasiya İcmalı Forumunun davamı xarakteri daşıyır.

Musavat.com-un əməkdaşı xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

DMX-nin rəisi qeyd edib ki, dünyada miqrasiya prosesləri sürətlə artır:

“2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır.

Bugünkü müzakirələrdə də birmənalı olaraq qeyd edildi ki, şəhərsalma siyasəti ilə miqrasiya siyasəti bir-birini tamamlamalıdır və məqsəd dayanıqlı, inklüzivyönümlü şəhərlərin formalaşması və miqrasiya siyasətinin verə biləcəyi töhfələr önəmlidir. Miqrasiya ən çox şəhərlərdə təzahür edir. Miqrasiyanın müsbət təsirləri də ancaq doğru şəhər idarəetməsi sayəsində əldə edilə bilər. Bu baxımdan müzakirələr çox səmərəli keçirildi",- deyə o qeyd edib.

Nigar Həsənli
Musavat.com

Избранный
26
4
musavat.com

7Источники