RU

Ukraynalı forum iştirakçısı: Azərbaycanın urbanizasiya sahəsində çoxlu təcrübəsi var

Bakı, 20 may, AZƏRTAC

Azərbaycanın urbanizasiya sahəsində bölüşməli çoxlu təcrübəsi var.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, Ukrayna Milli Memarlar İttifaqının Xüsusi Planlaşdırıcılar Sessiyasının rəhbər müavini Lidiia Shurdhani deyib.

O, WUF13-ün iştirak etdiyi ikinci Ümumdünya Şəhərsalma Forumu olduğunu diqqətə çatdırıb: “Təşkilatçılığın çox yaxşı olduğunu düşünürəm, pavilyonunuz isə olduqca böyükdür. Biz bu gün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT/OECD) Dayanıqlılıq və İnnovasiya Alətlər Toplusu (Toolbox) mövzusunda sessiya keçirdik. Orada şəhərlərin təhlükəsizlik, əməkdaşlıq məsələlərini necə həll etdiyi, həmçinin ekoloji problemlərlə mübarizədə öz strategiyalarını necə hazırladıqları barədə təcrübəmizi bölüşdük”.

Forum iştirakçısı Azərbaycanın bəzi şəhərlərinin bu alətlər toplusuna qoşulma ehtimalı üzərində işlədiklərini deyib: “Çünki Azərbaycan da münaqişə ilə və ekoloji problemlərlə üzləşib. Düşünürəm ki, Azərbaycanın həyata keçirdiyi strategiyalar da çox faydalıdır, digər şəhərlərdə tətbiq oluna və onlarla bölüşülə bilər”.

Operator - İlham Nadirov

Избранный
29
2
azertag.az

3Источники