RU

AFFA-dan "Sabah" və "Neftçi"yə cəza

style='margin-bottom:10px;'>

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 32-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Şamaxı” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilib.

“Sabah” – “Neftçi” oyununun 85-ci dəqiqəsində “Sabah” komandasının 20 nömrəli futbolçusu Coy Lens Mikels təcavüzkar davranışa (rəqibə topu aqressiv şəkildə atdığına) görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla, 2 oyunluq cəzalandırılıb. Klub 3000 manat cərimə edilib. 6 ay sınaq müddəti təyin edilib.

“Sabah” – “Neftçi” oyununun 85-ci dəqiqəsində “Neftçi” komandasının 7 nömrəli futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. “Neftçi” komandası 500 manat cərimə edilib.

Избранный
35
5
teleqraf.com

6Источники