ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 20 may, AZƏRTAC
Hindistanın 28 ştatında 1,5 milyard əhali çoxsaylı şəhərlərdə yaşayır və burada karbonsuzlaşma tədbirlərinin həyata keçirilməsi çətinliklər yaradır. Lakin buna baxmayaraq istər hökumət, istərsə də icmalar səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Sənaye İnkişafı Təşkilatının dəstəyi ilə keçirilən “Şəhər-Sənaye-İqlim: Qarşılıqlı əlaqəsində mənzil və binaların karbonsuzlaşdırılması” sessiyasında hindistanlı mütəxəssis doktor Sinkh Pur deyib.
Onun sözlərinə görə, ölkəsində fəaliyyət göstərən bütün sənaye müəssisələri tullantılarını özləri təmizləməlidir.
“Misal üçün çirklənmiş su təmizlənərək yenidən texniki məqsədlər üçün istifadə edilə bilər. Bunun üçün xüsusi qurğular alınıb quraşdırılmalıdır. UN-Habitat-ın dəstəyi ilə Hindistanın əyalətlərində yaşıllaşdırma tədbirləri də həyata keçirilir. Bir sıra şəhərlərdə yerli istehsal olan elektrik motorlu 3 təkərli balaca avtomobillər taksi kimi fəaliyyət göstərir. Hindistanın böyük şəhərlərindəki hava limanlarının enerjisi Günəş panellərinin istehsal etdiyi elektrik enerjisi ilə təmin olunur və bu istiqamətdə işləri davam etdiririk. Hindistan günəşli və müxtəlif relyefə malik olan ölkə olduğu üçün bərpaolunan enerji istehsalı potensialı var”, - deyə hindistanlı mütəxəssis vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.