RU

Bakıdan Tiflisə qatar düz gedəcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətindən arasında əldə olunmuş razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq, əks tərəfdən isə saat 21:00-da yola düşməklə növbəti gün saat 06:24-də Bakıya çatacaq.

VAXT.AZ xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Bakı-Tiflis-Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanacaq.

Bakı-Tiflis-Bakı reysləri İsveçrənin "Stadler Rail Group" şirkəti tərəfindən istehsal olunan sərnişin qatarı ilə həyata keçiriləcək.

Məlumat görə, qatarda yataq tipli vaqonlar və restoran var.

Ümumilikdə qatarla bir istiqamətə 200-dən çox sərnişinin daşınması nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev bu qatarla tanış olub.

Xatırladaq ki, Bakı-Tiflis-Bakı qatar reysləri ilə sərnişindaşıma mayın 26-dan həyata keçiriləcək.




Избранный
29
vaxt.az

1Источники