RU

Premyer Liqanın iki klubu Karvan Yevlax ın legionerləri ilə maraqlanır

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Növbəti mövsüm “Karvan-Yevlax”ın artıq birinci liqada oynayacağı dəqiqləşdiyindən heyətdəki bir çox futbolçular komandanı tərk edəcək.Bizim.Media xəbər verir ki, xüsusilə legionerlərin başqa klublara üz tutacağı gözlənilir. Artıq onlardan bəziləri ilə maraqlanan klublar da var.

 

Konkret olaraq Kayl Spens və Coy Sley Mikkelslə “İmişli” və “Şamaxı” klubları maraqlanır. Hər iki futbolçunun Yevlax təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatdığından onlarla artıq danışıqlara start verilib.

Qeyd edək ki, həm Spens həm də Mikkels cari mövsümün əvvəlindən “Karvan-Yevlax”a cəlb olunublar.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
bizim.media

2Источники