RU

Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək

Azərbaycan və Dünya Bankı arasında M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin bərpası üzrə potensial maliyyələşmə imkanları nəzərdən keçirilib və regional nəqliyyat dəhlizlərinin iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından strateji rolu vurğulanıb.

Publika.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu gün nazir Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti, enerji və nəqliyyat sektorlarında həyata keçirilən birgə layihələr, eləcə də gələcək prioritet istiqamətlər müzakirə olunub. Həmçinin, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində dayanıqlı şəhər inkişafı və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

S.Babayev Dünya Bankı ilə əməkdaşlığın Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini bildirərək, tərəfdaşlığın enerji keçidi, nəqliyyat bağlantılarının gücləndirilməsi, infrastrukturun modernləşdirilməsi, sosial müdafiə, məşğulluq və institusional islahatlar istiqamətlərində uğurla inkişaf etdiyini qeyd edib. O, enerji sektoru üzrə əməkdaşlığın əhəmiyyətinə toxunaraq "AZURE" layihəsinin Azərbaycanın yaşıl enerji keçidi strategiyasında xüsusi yer tutduğunu vurğulayıb. Bildirilib ki, layihə çərçivəsində bərpa olunan enerji mənbələrinin milli elektrik ötürücü şəbəkəsinə inteqrasiyası, elektrik ötürücü infrastrukturunun genişləndirilməsi istiqamətində işlər ardıcıl şəkildə həyata keçirilir.

Избранный
24
10
publika.az

10Источники