RU

Şahzadə dördüncü gizli sevgilisi ilə evləndi FOTOLAR

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Dünyanın diqqət mərkəzində olan, şəxsi həyatı ilə tez-tez gündəmə gələn və mediadan uzaq qalmağa çalışsa da, maraq doğuran bir şəxs, boşanmasına səbəb olan gizli sevgilisi ilə sonda evlənib. Toy isə yaşadığı ölkədən xeyli uzaqda, ABŞ-ın Arizona ştatında baş tutub.Demokrat.az xəbər verir ki, sözügedən şəxs Uels şahzadəsi Diana Spenserin qardaşı, Kont Çarlz Spenserdir. Onun evləndiyi şəxs isə norveçli arxeoloq Kat Jarmandır.Cütlük təxminən beş il əvvəl Jarmanın bir televiziya proqramı ilə Spenserin yaşadığı Althorp malikanəsinə getməsi zamanı tanış olub. Daha sonra münasibət romantik əlaqəyə çevrilib.Cütlük evlənmək üçün ABŞ-ın Arizona ştatını seçib. 44 yaşlı arxeoloq Kat Jarman çöldə keçirilən toydan görüntüləri sosial media hesabında paylaşıb. Bu, 61 yaşlı Çarlz Spenserin dördüncü evliliyidir. Onun əvvəlki nikahlarından altı övladı var.Çarlz Spenser 2011-ci ildə Karen Spenser ilə evlənmiş, cütlük ötən il rəsmən boşanmışdı. Boşanma prosesi isə qalmaqallı keçib. Məlumata görə, Karen Spenser ilə Kat Jarman arasında münasibətlər kəskin gərginləşib və hətta məhkəməyə qədər uzanan mübahisələr yaşanıb. Jarman, şəxsi məlumatlarının yayılması səbəbilə Karen Spenserə qarşı iddia qaldırıb.İddialara əsasən, Çarlz Spenser 2022-ci ildən bəri Kat Jarman ilə münasibətdə olub və 2024-cü ilin 19 martında həyat yoldaşına “evliliyimiz bitdi” məzmunlu mesaj göndərib. Bəzi iddialara görə, Karen Spenser ərinin münasibətindən xəbərdar olsa da, bunu onun özünün etiraf etməsini gözləyib.Sonda Çarlz Spenser ilə Karen Spenser boşanıb və o, Kat Jarman ilə evlənib.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
demokrat.az

1Источники