RU

Paşinyan: “Ermənistan Rusiyanın maraqlarına zidd heç nə etməyib və etməyəcək”

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərə toxunub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, Rusiya Prezidenti Vladimir Putinlə aralarında dostluq münasibətlərinin olduğunu söyləyib.

 

“2018-ci ildən bu günə qədər Prezident Putinlə təxminən 200 telefon danışığımız olub. Rusiyaya münasibətimiz çox səmimidir. Rusiya supergücdür və ona hörmətlə yanaşmaq lazımdır. Mən həm Rusiyaya, həm Prezident Putinə, həm də Baş nazir Mixail Mişustinə hörmətlə yanaşıram. Onlara demişəm ki, Ermənistan Rusiyanın maraqlarına zidd heç nə etməyib və etməyəcək”,-deyə Paşinyan vurğulayıb.

Избранный
100
senzor.az

1Источники