Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.aia.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində.aia.az