RU

“Bəlkə 2032 ci ildə də burada olacağam” Tramp

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bilmirəm, bəlkə də, 2032-ci ildə də burada ola bilərəm”.

“Qafqazinfo xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Sahil Mühafizəsi Akademiyasının məzunları qarşısındakı çıxışında deyib.

O, ölkəsinin buzqıran gəmi sahəsində geri qaldığı üçün Finlandiyadan 11 yeni buzqıran gəmi sifariş verdiyini bildirib.

Onun sözlərinə görə, Tramp gəminin nə zaman hazır olacağını soruşanda ona 2028-ci ildə hazır olacağı deyilib.

ABŞ Prezidenti çıxışı zamanı 2028-ci ildən sonra da prezident olacağını vurğulayıb:

“Mən burada bir də 2028-ci ildə, bəlkə də 2032-ci ildə olacağam. Bilmirəm. Bəlkə də olacağam”,- deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ-nin 32-ci prezidenti Franklin Delano Ruzvelt ABŞ tarixində üç dəfə prezident seçilən və ümumilikdə 12 il (1933-1945) ölkəyə rəhbərlik edən yeganə prezident olub.

Donald Trampın birinci prezidentliyi 2017-2021-ci illərdə olub. 

İkinci dəfə isə 2024-cü ildə qalib gələrək ABŞ-nin 47-ci prezidenti vəzifəsinə sahib çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
2
qafqazinfo.az

3Источники