RU

Lənkəranda 6 mindən çox abonent İŞIQSIZ QALACAQ

Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.

Bildirilib ki, mayın 21-də Lənkəran Elektrik Şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 9 saylı, 10 saylı və ATS hava xətlərindən qidalanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, saat 10:00-dan 13:00-dək ümumilikdə 6 500 abonent işıqsız qalacaq.

Bizim.Media

Избранный
2
3
bizim.media

4Источники