RU

İranla müharibə başlaya bilər

İrana qarşı hərbi əməliyyatlar yenidən başlaya bilər. 

"Cebheinfo.az" xəbər verir ki  bunu İsrailin “Ynet” nəşri adı açıqlanmayan yüksək vəzifəli rəsmiyə istinadən yazıb. Məlumata görə, İran İslam Respublikasındakı rejim hakimiyyətdə qaldığı müddətdə atəşkəs elan edilən müharibənin sonuncu olmayacağı ehtimal olunur.

Mənbənin sözlərinə görə, İsrail ictimaiyyətinin gözləntiləri “sıfırlanmalı” və gələcəkdə hər il və ya müəyyən fasilələrlə yeni qarşıdurmaların baş verə biləcəyi nəzərə alınmalıdır.

İsrail rəsmisi bildirib ki, nüvə və ballistik raket təhdidlərinin İsrailin mövcudluğunu təhlükə altına almaması üçün Tehranla münaqişələrin davam etməsi ehtimalı yüksəkdir. 

"Cebheinfo.az"

Избранный
9
2
cebheinfo.az

3Источники