RU

Vaşinqton Trampın “zərərsizləşdirdiyi ABŞ düşmənləri”ni açıqlayıb

Ağ Ev Raul Kastro, Nikolas Maduro və Əli Xameneinin yer aldığı paylaşım edib...

Poliqon xəbər verir ki, Ağ Ev ABŞ Prezidenti Donald Trampın “zərərsizləşdirdiyi Amerika düşmənləri” adlandırılan şəxslərlə bağlı paylaşım yayıb.

Paylaşılan fotoda Kuba lideri Raul Kastro, Venesuela Prezidenti Nikolas Maduro və İranın ali rəhbəri Əli Xamenei əks olunub.

Şəklin üzərində “Trampın zərərsizləşdirdiyi Amerikanın düşmənləri” ifadəsi yer alıb.

Bununla yanaşı, Ağ Ev paylaşımda Raul Kastro ilə bağlı hazırda yalnız ittihamların irəli sürüldüyünü ayrıca qeyd edib.

Məlumata görə, paylaşım ABŞ administrasiyasının Tramp dövründə Vaşinqtonun əsas rəqiblərinə və düşmən hesab etdiyi siyasi fiqurlara qarşı siyasətini vurğulamaq məqsədi daşıyıb.

Poliqon.info

Избранный
17
poliqon.info

1Источники