RU

Həsən Alattas: İnsanlar elektrik, səhiyyə xidməti və məktəb problemi ilə qarşılaşmamalıdırlar

İnsanlar elektrik, səhiyyə xidməti və məktəb problemi ilə qarşılaşmamalıdırlar.

"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının layihə-inkişaf proqramlarının rəhbəri Həsən Alattas Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişə Zonalarında İnkişaf Proqramlarının Hazırlanması" sessiyasında deyib.

O bildirib ki, donorlar və beynəlxalq təşkilatlar insanları mümkün olan bütün əsas xidmətlərlə təmin etməlidirlər:

"Xüsusilə, elektrik enerjisi, səhiyyə, təhsil, yol infrastrukturu, eləcə də hava limanları və dəniz limanlarına çıxış kimi xidmətlər böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, iş yerlərinin yaradılması da çox vacibdir. İnsanlar hiss etməlidirlər ki, onlar bərpa prosesinin bir hissəsidirlər. Eyni zamanda, yaşayış sahələri və şəhərsalma məsələlərinə də diqqət yetirməliyik. Çünki məhz bunlar insanlarda sabitlik və təhlükəsizlik hissi yaradır və gələcəyə ümidlə baxmalarına kömək edir".

Избранный
17
far.az

1Источники