RU

Mohamed Lamin Si Savane: WUF13 Afrika ölkələri üçün böyük təcrübə mübadiləsi imkanı yaradır

Bakı, 21 may, AZƏRTAC

Xüsusilə Afrika dövlətləri üçün WUF13 təcrübə mübadiləsi baxımından çox böyük imkan yaradır. Eyni zamanda bəzi ölkələrdə artıq tətbiq edilmiş şəhərsalma və ərazi planlaşdırılması modelləri bizim üçün çox nümunəvidir.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Qvineya Respublikasının şəhərsalma, mənzil və ərazi planlaşdırılması naziri Mohamed Lamin Si Savane deyib.

O diqqətə çatdırıb ki, sessiya genişmiqyaslı ərazi planlaşdırılması və sosial mənzil tikintisi proqramına yeni başlamış Qvineyanın əlçatan mənzil siyasəti sahəsində baxışını daha da gücləndirməsinə kömək edir. “Mənzillər, təbii ki, ölkələrin reallıqları nəzərə alınaraq inşa edilməlidir. Biz tropik iqlim şəraitində yaşadığımız üçün mülayim və ya şimal iqlimində yerləşən ölkələrin modellərini olduğu kimi tətbiq edə bilmərik. Ona görə də burada təqdim olunan layihələr və yaradılan imkan bizim üçün ideal platforma oldu”,- deyə nazir əlavə edib.

Müxbir - Fidan Əlizadə

Избранный
15
azertag.az

1Источники