RU

Yalçın Rəfiyev: Vətəndaşların yalnız mənzillə təmin olunması kifayət deyil

BAKI, 21 may. TELEQRAF

Böhran və dağıntılar zamanı ən ağır nəticələrlə insanlar üzləşir və yenidənqurma siyasətinin əsas prioriteti məhz onların rifahı olmalıdır.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda WUF13 çərçivəsində keçirilən “Mənzil böhrandan sonrakı bərpa və yenidənqurmanın əsası kimi” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, istər silahlı münaqişələr, istərsə də təbii fəlakətlər nəticəsində yaranan çətinliklərin mərkəzində insan taleyi dayanır və görülən tədbirlər onların ehtiyaclarına uyğun formalaşdırılmalıdır:

“Vətəndaşların yalnız mənzillə təmin olunması kifayət deyil, eyni zamanda onların təhlükəsiz və layiqli sosial mühitdə yaşaması üçün şərait yaradılmalıdır”.

Y. Rəfiyev əlavə edib ki, müxtəlif ölkələrin böhrandan çıxış imkanları fərqli olduğundan, beynəlxalq əməkdaşlıq və qarşılıqlı dəstək xüsusi rol oynayır.

Избранный
15
teleqraf.com

1Источники