RU

Ançelotti Neymarın qarşısına 4 şərt qoydu - Ulduz futbolçunun cavabı nə oldu?

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarla onun dünya çempionatına çağırılmasını müzakirə edib.

Fanat.Az xəbər verir ki, "Santos"un 34 yaşlı hücumçusu yalnız bundan sonra beşqat çempionun yekun heyətinə daxil edilib.

"Globo Esporte"-nin məlumatına görə, video zəng ötən cümə axşamı baş tutub və italiyalı məşqçi oyunçunun milli komandaya qayıtması üçün şərtləri açıqlayıb.

Məşqçi Neymara açıq şəkildə bildirib ki, o, əsas heyət oyunçusu, o cümlədən kapitan olmayacaq. Bundan başqa, futbolçu komandada intizam qaydalarına riayət etməlidir. İndi ona millidə digər oyunçular kimi yanaşılacaq.

Bundan əlavə, Neymar 10 nömrəli formanı hazırkı sahibi Vinisius Juniora verməlidir.

Braziliyalı ulduz bütün şərtlərlə razılaşıb və dəyişikliklərə əməl edəcəyinə söz verib.

Xatırladaq ki, 11 iyunda başlayacaq DÇ-2026-da Braziliya millisi C qrupunda Şotlandiya, Haiti və Mərakeşə rəqib olacaq.

Mirağa

Избранный
3
fanat.az

1Источники