RU

"Kapital Bank" dünyaca məşhur şirkətlə əməkdaşlığa başladı

Ölkənin birinci bankı "Kapital Bank" dünyanın tanınmış investisiya şirkətlərindən biri olan "Federated Hermes Limited" ilə əməkdaşlığa başlayıb.

Publika.az xəbər verir ki, bununla da "Kapital Bank" Azərbaycanda şirkətin ilk bank tərəfdaşına çevrilib.

Bu tərəfdaşlıq "Kapital Bank"ın beynəlxalq maliyyə bazarlarına inteqrasiyası, həmçinin bankın xəzinədarlıq və likvidlik idarəetməsi sahəsində beynəlxalq təcrübəyə əsaslanan imkanların genişləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir.

Əməkdaşlıq çərçivəsində bank pul bazarlarına vəsaitlərin yerləşdirilməsi və likvidliyin daha səmərəli idarə olunması istiqamətində yeni imkanlar əldə edəcək.

Избранный
34
13
publika.az

10Источники