RU

Rusiyada klon inək ilk dəfə BALA VERDİ – FOTOLAR

Krasnodar diyarında klonlanmış “Zvyozdoçka” adlı inək ilk dəfə bala verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Proqress Aqro” şirkəti TASS-a məlumat yayıb.

Krasnodar diyarında klonlanmış üsulla dünyaya gələn “Zvyozdoçka” adlı inək ilk dəfə ana olub. O, 39 kiloqram çəkisində sağlam bir dişi bala dünyaya gətirib.

Bu hadisə elmi nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir. Çünki klonlanmış heyvanların sağlam nəsil artırma qabiliyyətinə malik olması faktını bir daha sübut edir.

Mütəxəssislər “Zvyozdoçka” və balasının səhhətinin yaxşı olduğunu bildirirlər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
17
interpress.az

1Источники