RU

Henk Ovink: "Su ehtiyatları həddindən artıq istifadə olunur və düzgün idarə edilmir"

"Mavi su" adlandırılan çaylar, torpaq və yeraltı su ehtiyatları insanlar tərəfindən həddindən artıq istifadə edilir, çirkləndirilir və düzgün idarə olunmur.

"Far.Az" xəbər verir ki, bunu Qlobal Su İqtisadiyyatı Komissiyasının təsisçi komissarı və icraçı direktoru Henk Ovink Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Su Konfransı: Şəhər Mənzil Sektorunun İnkişaf Yol Xəritəsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, su təhlükəsizliyinin pozulması böyük risklər yaradır: "Əsas problem isə təbiətdən qaynaqlanan "yaşıl su" ilə bağlıdır: "Bitkilərdən və torpaqdan havaya yayılan su buxarı quru ərazilərdə yağıntının yarıdan çoxunu formalaşdırır. İqlim dəyişikliyi səbəbindən güclü yağış hadisələri daha dağıdıcı xarakter alır. Su təkcə insanların ehtiyac duyduğu resurs deyil, həm də mədəniyyətləri, sərhədləri və qitələri birləşdirən amildir".

H. Ovink bildirib ki, BMT-nin 2023-cü il Su Konfransı ərəfəsində yaradılmış Qlobal Su İqtisadiyyatı Komissiyası suyun iqtisadiyyat üçün əhəmiyyətini araşdırmaq məqsədi daşıyıb: "Komissiyada prezidentlər, alimlər, icma liderləri və gənc fəallar təmsil olunurdu. Üzvlərin üçdə ikisi əvvəllər su sahəsində çalışmamışdı. Məhz buna görə onlar suyun həqiqi dəyərini anlamaq üçün prosesə cəlb edilib. Suyun dəyəri daha çox hidrologiya dövriyyəsi ilə izah olunur".

Избранный
56
far.az

1Источники