RU

III qrupun bu ixtisaslarında ciddi rəqabət olacaq - Ehtiyatlı olun!

Son illərdə əmək bazarında baş verən dəyişikliklər və abituriyentlərin seçim tendensiyaları ali təhsil üzrə rəqabətə birbaşa təsir göstərir. 

Xüsusilə III ixtisas qrupu üzrə həm müraciət edənlərin sayının artması, həm də plan yerlərinin məhdud olması rəqabəti daha da gücləndirir.

Maraqlıdır, bu il III ixtisas qrupu üzrə ən çox hansı ixtisaslarda rəqabət güclənəcək?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən coğrafiya müəllimi Elçin Əhmədov qeyd edib ki, keçən il III qrup üzrə plan yerləri ilə abituriyent sayı arasında təxminən 11 500 nəfərlik fərq yaranıb:

183463

"Yəni minlərlə abituriyent qəbul ola bilməmişdi. Halbuki son illərdə III qrupa TC altqrupunun - beynəlxalq münasibətlərregionşünaslıq kimi ixtisasların əlavə olunmasına baxmayaraq, bu istiqamətə maraq daha da artıb və rəqabət azalmayıb.

Bu il də ötən illə müqayisədə ilkin imtahan qeydiyyatında təxminən 1300 nəfər artım var. Qarşıda ikinci imtahan mərhələsi də olduğu üçün, həmçinin neçə nəfərin 50 və 150 bal həddini keçəcəyindən asılı olaraq yekun nəticələr dəyişə bilər.

Ötən il III qrupda ən yüksək rəqabət hüquq ixtisasında müşahidə olunub. Bundan başqa, dövlət və ictimai münasibətlər ixtisası da ən çox tələb olunan sahələrdən biri olub. Baxmayaraq ki, bu ixtisas son 3-4 ildə yaradılıb, qısa müddətdə abituriyentlərin diqqətini cəlb etməyi bacarıb. Beynəlxalq münasibətlər də rəqabətin yüksək olduğu əsas ixtisaslardan biridir.

Psixologiya ixtisasına marağın isə digər sahələrlə müqayisədə daha az olduğunu deyə bilərik. Bunun səbəbi III qrup üzrə təqdim olunan istiqamətin klassik psixologiya deyil, “təhsildə sosial-psixoloji xidmətlər”, yəni əsasən orta məktəb psixoloqluğu sahəsi olmasıdır. Psixologiyanın əsas istiqaməti isə IV qrupa aiddir. Buna görə də bir çox abituriyent bu sahəyə üstünlük vermir".

Ən ciddi bal artımının müəllimlik ixtisaslarında müşahidə olunacağı gözlənilir:

"Çünki son illərdə pedaqoji ixtisaslara ayrılan plan yerlərinin sayı azalır. Yer sayının azalması isə rəqabəti artırır və keçid ballarının yüksəlməsinə səbəb olur.

Bundan əlavə, III qrup üzrə tarix ixtisasına marağın da artdığı qeyd olunur. Tarix ixtisasının hərbi məktəblərdə nəzərə alınması, elmi istiqamətdə inkişaf imkanlarının olması və bu sahənin yalnız müəllimliklə məhdudlaşmaması abituriyentlərin seçimlərinə təsir edir. Buna görə də artıq təkcə tarix müəllimliyi deyil, tarix fakültəsinin özü də daha çox maraq görür".

Избранный
5
azedu.az

1Источники