RU

"Avtomobil yollarını, metro sistemini və digər nəqliyyat sahələrini təkmilləşdirəcəyik”

BAKI, 21 may. TELEQRAF

"Avtomobil yollarını, metro sistemini və digər nəqliyyat sahələrini təkmilləşdirəcəyik”

Teleqraf xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu(WUF13) çərçivəsində təşkil olunan Bakı Baş Planı 2040 — Yeni inkişaf dövrü" adlı tədbirdə AYNA-nın Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov deyib.

O vurğulayıb ki,bu inteqrasiya olunmuş yanaşma nəqliyyat sistemini daha effektiv edəcək, bütün vətəndaşlar üçün əlçatanlığı artıracaq:

“Eyni zamanda, aktiv mobillik sahəsində gördüyümüz işləri də qeyd etmək istəyirəm. Aktiv mobillik bizim üçün çox vacibdir. Son illərdə 65 kilometr velosiped zolaqları inşa etmişik və ölkə üzrə hədəfimiz bu rəqəmi 100 kilometrə çatdırmaqdır. Bundan əlavə, 1000-dən çox velosiped dayanacağı quraşdırmışıq.
Bu nəticələr göstərir ki, insanlar qısa məsafəli gündəlik hərəkətlərdə bu imkanlardan istifadə edirlər. Biz artıq 4 milyondan çox aktiv səfərə və təxminən 500 min “yaşıl istifadəçi”yə çatmışıq. Bu, bizə ümid verir və göstərir ki, əgər düzgün infrastruktur təmin olunarsa, insanlar dayanıqlı mobilliyi qəbul etməyə hazırdırlar.2028-ci ilə qədər tramvay yollarının istifadəsi dənəzərdə tutulur”.

Eyni zamanda, piyadalara da böyük önəm veririk. Artıq müəyyən ərazilərin piyada zonası kimi təşkili tamamlanıb. Hazırda digər layihələr üzərində də işləyirik və yeni yanaşmalarla piyadalar üçün daha çox məkan yaratmağı hədəfləyirik”,-T.Səfərov qeyd edib.

Избранный
16
teleqraf.com

1Источники