RU

Anaklaudia Rossbax: Su şəhərsalmanın mərkəzi elementidir

BAKI, 21 may. TELEQRAF

Suyu şəhərsalmanın mərkəzi elementi və əsas mənbəyi kimi qəbul etmək mütləqdir. Bütün bunlar UN-Habitat-ın illərdir üzərində çalışdığı prinsiplərdir.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “2026-cı il Su Konfransı: Şəhər mənzillərinin yol xəritəsi" mövzusuna həsr olunmuş tədbirdə bildirib.

​A.Rossbax şəhərlərdə yaşanan su qıtlığının mənzil sektoru və bələdiyyələrlə birbaşa bağlı olduğunu xüsusi vurğulayıb:

​“Bu gün paylaşmaq istədiyim əsas mesaj birmənalıdır: biz su müzakirələrini urbanizasiya prosesindən ayıra bilmərik. Mənzil təminatı urbanizasiyanın əsas hərəkətverici qüvvəsidir və hazırda şəhərlərdə yaşayan milyonlarla insan məhz su çatışmazlığından əziyyət çəkir. Su problemini həll etmək üçün urbanizasiya, mənzil tikintisi, qeyri-formal məskunlaşma sahələri, yerli aktorların rolu və birgə idarəetmə prinsipləri kompleks şəkildə, bir yerdə ələ alınmalıdır”.

Избранный
60
teleqraf.com

1Источники