RU

TƏCİLİ! Naxçıvana uçuşlar yenə dayandı

Azərbaycan Hava Yolları (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.

Qurumun mətbuat xidmətindən Editor.az-a daxil olan xəbərə görə, sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür.

Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək.

Избранный
47
34
editor.az

10Источники