RU

“Qalatasaray”da ayrılıq siqnalı: Prezident söz verdi

“Qalatasaray” prezidenti Dursun Özbek Avropa klublarının maraq dairəsində olan Barış Alper Yılmazla görüşüb.

Apasport.az xəbər verir ki, görüş mövsüm başa çatdıqdan sonra baş tutub.

İddialara görə, Özbek futbolçuya komandada qalaraq çempionluqda böyük pay sahibi olduğunu bildirib. Klub rəhbəri yüksək təkliflərə baxmayaraq, Barış Alperin mövsümün əvvəlində “Qalatasaray”da qalmasını xüsusi vurğulayıb.

Dursun Özbekin futbolçuya “bizim qəbul edə biləcəyimiz səviyyədə təklif gələcəyi halda, bu dəfə Avropaya transferinə icazə verəcəyəm” dediyi öyrənilib.

Qeyd edək ki, mövsümün əvvəlində Barış Alper Yılmaza Avropa və ərəb klublarından ciddi təkliflər var idi. Yılmaz ayrılmaq istəsə də, rəhbərlik onun transferinə razılıq verməmişdi.

Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi - VİDEO

DÇ-2026: Misirin heyəti bəlli oldu - Salah, Marmuş...

30 illik həsrətə son: Bu dəfə Avropadan kubok

“Beşiktaş”da yeni təyinat - RƏSMİ

Sabiq "Fənər"li "Qalatasaray" yolunda: OKAN BURUK ŞƏXSƏN DANIŞIB

Избранный
37
apasport.az

1Источники