RU

Ayaz Salmanov: “Müasir şəhərsalmada tullantıların idarə olunması strateji əhəmiyyətə malikdir”

“Gələcəyin şəhərləri artıq yalnız infrastruktur və tikinti həcmi ilə deyil, resursları nə qədər səmərəli idarə etdiklərinə görə fərqlənəcəklər”.

Bizim.Media xəbər verir ki, bunu sənaye davamlılığı və dairəvi iqtisadiyyat üzrə ekspert Ayaz Salmanov Bakıda keçirilən WUF13 çərçivəsində “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsində deyib.

O bildirib ki, müasir şəhərsalmada tullantıların idarə olunması, emalı, tullantı logistikası, resursların bərpası və əməliyyat dayanıqlılığı kimi məsələlər getdikcə daha strateji əhəmiyyət qazanır:

“Şəhərlər yalnız yollar, binalar və nəqliyyat sistemləri üzərində qurulmamalıdır. "Tullantı” anlayışı əsaslı şəkildə dəyişir. Əvvəllər tullantı hesab edilən bir çox material indi başqa sənaye sahələri üçün xammala çevrilir.Tullantıların idarə olunması, emalı, resurs dövriyyəsi və əməliyyat dayanıqlılığı da şəhərsalmanın ilkin mərhələsindən etibarən nəzərə alınmalıdır”.

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

Избранный
13
1
bizim.media

10Источники