RU

Anaklaudia Rossbax: Şəhərlərin sürətli və plansız genişlənməsi su resurslarına ciddi təzyiq göstərir

Bakı, 21 may, AZƏRTAC

Hazırda dünyada təxminən 2 milyard insanın təhlükəsiz və adekvat suya çıxışı yoxdur. Eyni zamanda, gecəqondularda yaşayan 1 milyard insanın da əsas su xidmətlərinə ehtiyacı var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı tədbirdə çıxışı zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

O bildirib ki, bu səbəbdən su təminatının gücləndirilməsi vacib məsələlərdən biri kimi ön plana çıxır.

“Bu problem urbanizasiya və şəhər planlaşdırılması ilə də birbaşa bağlıdır. Şəhərlərin sürətli və plansız genişlənməsi təbii ehtiyatlara, xüsusilə su resurslarına ciddi təzyiq göstərir. Əhali artımı ilə şəhər infrastrukturu arasında balans yaranmadıqda, əsas xidmətlərin təmin edilməsi çətinləşir”,- deyə o diqqətə çatdırıb.

Müxbir: Vüsalə Səfərova
Operator: Ələkbər Baxşiyev
Foto: Səfiyar Məcnun

 

Избранный
60
azertag.az

1Источники