"Şuşaya 1 411 nəfər köçürülüb. Bu il Şuşanın təxminən bir-iki kəndinə köç olacaq. Növbəti köç mərhələsi gələn ilin ikinci-üçüncü rübündə olacaq".
Bizim.Media xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində Oxu.az-a açıqlamasında Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O bildirib ki, vətəndaşlar Şuşa şəhərində inşa olunan 43 çoxmərtəbəli binaya köçürüləcəklər.
A.Kərimov qeyd edib ki, Şuşaya tək dövlət yox, özəl sektor da investisiya yatırıb:
"Şuşaya bu günə qədər ümumilikdə, təxminən 100 milyon manatdan çox vəsait xərclənib".
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта