RU

Lans Braun: İnfrastrukturun bərpa olunması insanların öz yurd yuvalarını tərk etmələrinin qarşını almalıdır

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 21 may, AZƏRTAC

İqlim dəyişikliyi bəzən məcburi köçkünlərin yerlərini tərk etmələri kimi problemlərin yaranmasına gətirib çıxarır. Fəlakətlərin fəsadlarının aradan qaldırılması daha təhlükəsiz və ədalətli şəkildə həyata keçirilməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Habitat Peşəkarları Forumunun həmsədri, Dayanıqlı Urbanizasiya Konsorsiumunun təsisçilərindən biri Lans Braun Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Habitat Peşəkarları Forumu brifinq - Habitat Peşəkarları Forumu Fəlakətdən Sonra Transformativ Bərpa üçün Yeni Qlobal Çərçivəni təqdim edir” mövzusunda keçirilən brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, infrastrukturun bərpa olunması təhlükəsiz mənzil təminatının, insanların öz yurd-yuvalarını tərk etmələrinin qarşını almalıdır, onlar firavan yaşamalıdırlar.

“İcmalar burada passiv benefisiar qismində çıxış etməli deyillər. Əgər mənzil təminatı barədə danışırıqsa bu, sosial məsələ deyil, insanlar üçün əlçatan və təhlükəsiz evlər olmalıdır. Hüquqi tanıma olmadan, insanların təhlükəsizliyi nəzərə alınmadan inşaat prosesindən danışmaq düzgün deyil. Landşaft konsepti həm də bir infrastrukturdur. Sürüşmə, daşqınlar baş verirsə bu birbaşa mental sağlamlığa təsir göstərir. İqlim dəyişikliyi ilə bağlı məsələlər həm də mühəndislərin diqqət etdiyi məsələlərdən olmalıdır”, - deyə Lans Braun əlavə edib.

Fotoqraf - Rəşad Mirzə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
azertag.az

1Источники