Yeməkdən dərhal sonra mixək çeynəmək orqanizmdə bir çox müsbət bioloji proseslərin başlamasına səbəb olur. Təbii vasitələrlə bağlı aparılan araşdırmalar göstərir ki, bu vərdiş həm həzm sistemini tənzimləyir, həm də ağız boşluğunun sağlamlığını qoruyur.
Bizim.Media xəbər verir ki, quru mixək qönçəsinin çeynənilməsi zamanı ifraz olunan fermentlər mədənin işini yüngülləşdirir. Xüsusilə ağır və yağlı yeməklərdən sonra yaranan şişkinlik, qaz və ağırlıq hissi mixəyin tərkibindəki efir yağları sayəsində qısa müddətdə aradan qalxır.
Təhlillərə görə, bu bitkinin tərkibindəki evgenol maddəsi güclü antiseptik təsirə malikdir. O, ağız boşluğundakı zərərli bakteriyaları məhv edərək xoşagəlməz qoxuları kəsir və diş əti iltihabının qarşısını alır.
Eyni zamanda, yeməkdən dərhal sonra mixək çeynəmək qanda şəkərin səviyyəsinin qəfil yüksəlməsinin də qarşısını alır.
Ekspertlər bildirir ki, müsbət nəticə üçün hər yeməkdən sonra cəmi 1 ədəd mixək qönçəsini 2-3 dəqiqə çeynəmək kifayətdir. Artıq istehsal isə mədə selikli qişasına qıcıqlandırıcı təsir göstərə bilər. (Demokrat.az)
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта