RU

Mertsdən Ukraynaya bəd xəbər: Qeyri-realdır

Almaniya kansleri Fridrix Merts Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların yaxın perspektivdə nəticə verəcəyini real hesab etmir.

Publika.az xəbər verir ki, bu barədə “WELT” nəşri məlumat yayıb.

Məlumata görə, Fridrix Merts Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə ünvanladığı məktubda Ukraynanın Aİ-yə üzvlük prosesinin qısa müddətdə başa çatdırılmasının mümkün olmadığını qeyd edib.

Kansler bildirib ki, hazırda Ukraynanın üzvlüyü qarşısında “çoxsaylı və ciddi maneələr” mövcuddur. Onun sözlərinə görə, Brüssel və Kiyev arasında müqavilə və konvensiyaların imzalanması prosesində də əlavə çətinliklər yarana bilər.

Bu səbəbdən Merts alternativ çıxış yolu kimi Ukraynaya “assosiativ üzv” statusunun verilməsini təklif edib. Bu status Ukrayna nümayəndələrinə Aİ-nin əsas strukturlarının işində iştirak imkanı yarada bilər, lakin səsvermə hüququ nəzərdə tutulmur.

Избранный
4
publika.az

1Источники