RU

İlyas Demirci: İqlim dəyişikliklərinin zərərli təsirlərinə qarşı tədbir görülməlidir

BAKI, 21 may. TELEQRAF

Günümüzdə dünyamızda yaşanan iqlim dəyişikliklərinin zərərli təsirlərinə qarşı alınmalı olan tədbirləri diqqətdə saxlamalıyıq.

Bunu Teleqraf-a açıqlamasında Türkiyə Dünyası Memarlar və Mühəndislər Birliyinin Baş Katibi İlyas Demirci Bakıda keçirilən WUF13-də deyib.

O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunda da bu növ mövzulara ayrıca yer verilməsi; ekologiyanın, ətraf mühitin, suyun, meşələrin və təbii qaynaqlarımızın qorunması, eləcə də yanğın, sel, eroziya və quraqlıq kimi fəlakətlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi baxımından çox mühüm addımdır.

"Burada iştirak etməkdən böyük məmnunluq duyduq. Biz hər ilin dekabr ayında iqlim dəyişikliyinin zərərləri ilə mübarizəyə dair beynəlxalq konfrans keçiririk. Bu konfransların nəticə bəyannamələri olur. Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin internet saytına daxil olmaqla, bu tədbirlər planını, görülməli olan tədbirləri və bəyannamələri kitabça şəklində PDF formatında tapıb nəzərdən keçirmək mümkündür", - o vurğulayıb.

O, WUF13 üçün Prezident İlham Əliyevə təşəkkür edib:

"Belə bir tədbirin Azərbaycanda, ulduz kimi parlayan Bakıda keçirilməsinə, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsi olan və gündəlik orta hesabla 45 min insanı qəbul edən belə böyük bir təşkilatçılığa dəstək verdiyi üçün ilk növbədə Cənab Prezident İlham Əliyevə, həmçinin könüllülərə qədər əməyi keçən hər kəsə ürəkdən təşəkkür edirəm. Siz media mənsublarının da bu tədbirlərdə alınan qərarları dünyaya çatdırmaqda rolu və vasitəçiliyi çox böyükdür. Burada görülən işlərin hamısı sizin sayənizdə bütün dünyaya səs salır. Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir".

Избранный
31
teleqraf.com

1Источники